Tez-tez verilən suallar (FAQ)



1. Abunəçinin telefon xəttində problem yarandıqda kim məsuliyyət daşıyır?
Abunəçinin telefon xəttinin keyfiyyətinə görə provayder məsuliyyət daşımır, Abunəçi telefon xəttini öz hesabına və yaxud telefon operatoru vasitəsi ilə təmir etdirməlidir.

2. Xidmət haqqını hansı vasitə ilə ödəyə bilərəm?
İnternet, ödəniş terminalları (Milliön , Poçt , Bank , Onlayn ), Müştəri Xidmətləri və orada olan POS terminalları vasitəsi ilə ödəyə bilərsiniz.

3. Hansı halda abunəçinin tarifi dəyişdirilə bilər?
Tarif dəyişikliyi üçün abunəçi özü şəxsiyyətini təsdiq edən sənədlə Müştəri Xidmətləri Ofisləri və ya Diller məntəqələrinə yaxınlaşmalı və mütləq abunəçinin balansı yeni tarif planına uyğun məbləğə çatdırılanadək tamamlanmalıdır.

4. Abunəçi şəxsi balansını dondura bilərmi?
Abunəçi ADSL texnologiyası üzrə rabitə xidmətlərinin müvəqqəti dayandırılmasını istədiyi halda yazılı şəkildə Diler məntəqələri və Müştəri Xidmətləri Ofislərinə müraciət edə bilər, maksimum 2 ay olmaqla hər ay üçün ödəniş 3 AZN təşkil edir.

5. Müqavilə bağlandıqdan sonra neçə iş günü ərzində qoşulma həyata keçirilir?
Müqavilənin bağlandıqdan sonra 7 (yeddi) iş günü ərzində həyata keçirilir.

6. Abunəçi xidmətə qoşulmaq üçün hansı sənədləri təqdim etməlidir?
Şəxsiyyəti təsdiq edən sənədini və nömrə kimin adınadırsa onun şəxsiyyət vəsiqəsini və yaxud sürətini təqdim etməlidir.



Yenilənən Xəbərlər

1+1 kanpanyasi

Yeni qoşulan müstərilərə 1 ay internet...

WiFi Router HƏDİYYƏ!

FTTH internet xidmətinə yeni qoşulan, 3 aylıq istifadə haqqını...

3+1 , 6+2 , 12+3 Kanpanyasi

3 ayliq internet haqqini odeyen musterilere ...

Tez-tez verilən suallar

Modem Sazlanması

ADSL modem TP-Link qurmaq üçün təlimat...

Abunəçi şəxsi balansını dondura bilərmi?

internetin müvəqqəti dayandırılmasını istədiyi halda...

Xidmət haqqını hansı vasitə ilə ödəyə bilərəm?

İnternet , ödəniş terminalları (pay point), Müştəri xidmətləri ...